Netanyahu: "Əməliyyatları genişləndirəcəyik"

Netanyahu: "Əməliyyatları genişləndirəcəyik"

"Qəzzaya əməliyyatlar davam edir və bunu daha da genişləndirməyi planlaşdırırıq". SİA-nın məlumatına görə, bu fikirləri İsrailin baş naziri Benyamin Netanyahu deyib.

Baş nazir nazirliyin həftəlik yığıncağındakı çıxışı zamanı bildirib ki, İsrail Müdafiə Qüvvələri Qəzzada 1000-dən çox ərazinin hücum və hədəflərini müvəffəqiyyətlə məhv edir və əməliyyatlar planlandığı kimi davam edir.

Həmas və digər terror təşkilatlarına ağır zərbə vururuq deyən baş nazir qeyd edib ki, İsrail Müdafiə Qüvvələri apardığı əməliyyatlarda ciddi irəliləyişə nail olub.

Netanyahu hadisələrin sonrakı prosesinə münasibət bildirərkən- "Qəzzaya əməliyyatlar davam edir və bunu genişləndirməyi planlaşdırırıq" deməklə kifayətlənib. Nazirin bu açıqlaması İsrail mətbuatında müharibənin daha ciddi şəkil alacağı kimi qiymətləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə