Millət vəkilimiz İtaliyada

Heydər Əliyev Fondunun təşəbbüsü ilə İtaliyada Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı bir sıra tədbirlər keçiriləcək. Tədbirlərdə iştirak etmək üçün Milli Məclisin deputatı, Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli bu ölkədə səfərdədir.

Milli Məclisin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, səfər zamanı millət vəkili Vatikanda təşkil olunmuş ölkəmizin incəsənət xadimlərinin əsərlərindən ibarət sərginin açılışı mərasiminə, habelə Roma şəhərində klassik və milli musiqimizi tərənnüm edən konsertə qatılacaq.

Qeyd edək kİ, səfər noyabrın 17-də başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə