M.Əhmədinejadın Meğri SES tikintisində belə tərslik nümayiş etdirməsinin arxasında onun xaricə qaçması məsələsi dayana bilər. İran Mərkəzi Bankının direktorunun qəflətən Kanadaya qaçması hamıya bəllidir. M.Əhmədinejadın komandasında bu fikirdə olan yeganə adam o deyil. İranın nüvə texnologiyaları, daxili vəziyyəti və dini lideri ilə bağlı mühüm məlumat mənbəyi olmasına baxmayaraq, ABŞ belə adamları uzun danışıqlardan sonra qəbul edir. Ola bilər, M.Əhmədinejadın xaricdən siyasi sığınacaq alması məsələsi gündəlikdədir və qəflətən Meğri SES-in tikintisi məsələsini gündəliyə gətirməklə S.Sarkisyanla olan münasibətləri barədə Qərbə mesaj verdi.
O da bəllidir ki, yaxınlarda S.Sərkisyan 10 gün müddətində xaricə səfər planlaşdırsa da, təkcə Fransa prezidenti ilə görüşəcəyinin anonsu verilib. Qalan zamanda nə işlə məşğul olacağı barədə heç nə bəlli deyil: gizli Qarabağ danışıqları apara, özü üçün pul axtara bilər və sair. İstisna deyil ki, İran prezidentinin siyasi sığınacaq məsələsini də müzakirə edə bilər. M.Əhmədinejad prezidentliyinin başa çatmasına az qalmış xarici ölkələrdən birinə səfər təşkil edə, oradan ABŞ-a və ya digər Qərb dövlətlərinə gedə bilər. Bizim üçün belə variant gözlənilməz deyil. Onun təxminən səkkiz illik fəaliyyəti dövründə yalnız İranın düşmənləri faydalanıblar. Müsəlman dünyasında və İran xalqının içərisində heç kim fayda tapmayıb. İran xalqının dövlətə, dinə sadiq neçə oğlu məhz Mahmud Əhmədinejadın ambisiyasına görə həbsxanadadır. Bu komanda belə vəziyyətdə hakimiyyətdən gedən kimi həmin taleyi yaşaya bilər.
Fransa prezidentinin Ermənistan prezidenti ilə görüşdən sonra verdiyi bəyanat bizim bu ehtimalımızı gücləndirir. Əvvəla İran rəhbərliyində olan bəzi adamların qanını qaralatmağa məcburuq: Fransa prezidenti Qarabağ məsələsini onun məsuliyyətində olan ən əsas məsələlərdən biri adlandırdı. S.Sarkiyanla görüşdə Qarabağ məsələsi əsas müzakirə mövzusu olub. Fransa rəhbərliyinin Azərbaycan rəhbərliyinə verdiyi vədə əməl edəcəyi çox böyük ehtimal olunandır. Buna Cənubi Qafqaz regionunda Fransanın maraqlarını artırması istiqamətindəki fəaliyyəti ən yaxşı sübutdur.
Fransa prezidenti F.Olland S.Sarkisyanla görüşdən sonra İranla bağlı bəzi müraciətlərdən, bəzi mesajlardan danışdı. O, bildirdi ki, S.Sarkisyan bu müraciətlərdən ötrü əlindən gələn hər şeyi edir. Fransa daxil olmaqla Qərbin İrana doğru etdiyi bütün müraciətlər bəllidir. Burada İranın indiki hakimiyyəti üçün məqbul bir şey yoxdur. Qərbin İranla bağlı gizli mesajlarının olması isə normal məntiqə uyğun deyil. Qərb dövlətləri İran kimi siyasət aparmırlar. Deməli, İranın Qərbə mesajlarından söhbət gedə bilər. M.Əhmədnecat ABŞ ilə birbaşa dialoq məsələsini gündəliyə gətirir. Parçində nüvə obyektini söküb-dağıtmaq, Meğridə Ermənistan üçün SES tikmək kimi praktiki addımlarla Qərbə ünvanlanmış mesajını daha da möhkəmləndirir. Eyni zamanda S.Sarkisyan vasitəsilə gizli mesaj göndərir. Ollandın dediyindən bu bəlli oldu. S.Sərkisyana qalan 7 gündə Avropda gizli olaraq İran prezidenti M.Əhmədinecad üçün işləyəcək, ona siyasi sığınacaq axtaracaq və ya İranın daxilində hakimiyyəti tam ələ almağa kömək məsələsin həll edəcək. Əvəzində M.Əhmədinecad Qarabağ məsələsində Ermənistana kömək edəcək.
İranın indiki rəhbər tandemi gör nə vəziyyətdədir ki, vaxtilə dünyaya idarəçilik düsturü vermiş, sivilizasiya təqdim etmiş İran indi Erməmistana möhtacdır və hətta dinini tapdalamağa məcburdur.
Hər halda, İranda artıq başa düşüblər ki, Azərbaycan heç məsələdə onlara borclu qalmayıb. M.Əhmədinecadın başladığı, dini liderin ətrafının məlumatlı olduğu bu kurs barədə də İran qarşısında borcumuz qalmayacaqdır. Qərb İranla bağlı təkcə Ermənistana mesaj vermir, bizdən də müəyyən xahişlər edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB