Müdafiə nazirləri görüşəcək

Ukraynanın müdafiə naziri Dmitri Salamatinin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Azərbaycana səfərə gəlir. Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, nümayəndə heyəti Azərbaycanın müdafiə naziri Səfər Əbiyevlə görüşəcək.

SİA-nın məlumatına görə, nümayəndə heyətlərinin görüşündən sonra iki ölkənin Müdafiə nazirlikləri arasında 2013-cü il üçün ikitərəfli əməkdaşlığa dair Fəaliyyət Planı imzalanacaq. Ukrayna müdafiə nazirinin Azərbaycan prezidenti İlham Əliyev və baş nazir Artur Rasizadə ilə görüşləri də planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə