PA rəsmisi mətbuata çağırış edib

PA rəsmisi mətbuata çağırış edib

"Kimin bu məsələləri necə dəyərləndirməsindən asılı olmayaraq biz heç bir vətəndaşın öz şərəf və ləyaqətini qorumaq məqsədilə məhkəmələrə müraciət etmək hüququnu məhdudlaşdıra bilmərik". SİA-nın xəbərinə görə, bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

Şöbə müdirinin sözlərinə görə, uzun müddətdir mətbuat orqanlarını mətbuatın əxlaq kodeksinə, davranış normalarına riayət etməyə çağırırlar: "Dövlət nə qədər mətbuat orqanlarına dəstək versə də, əgər onlar vətəndaşların hüquqlarına, öz işlərinə məsuliyyətlə yanaşmasalar və özlərində təkzib vermək cəsarəti tapmayacaqlarsa, bu kimi problemlər də olacaq. Əgər biz "Diffamasiya haqqında" qanunu qəbul etmək niyyətimizi ortaya qoymuşuqsa, mətbuat mütləq şəkildə öz məsuliyyətini dərk etməli və insanların şərəf və ləyaqətinə hörmətlə yanaşmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə