"Ermənistan qonşu dövlətləri təhdid edir"

"Ermənistan qonşu dövlətləri təhdid edir"

"Serj Sarkisyanın seçki qabağı Azərbaycanın müharibəyə hazırlaşması haqqında verdiyi bəyanat əslində xalqını qorxudaraq öz dayaqlarını möhkəmləndirməsinə hesablanıb". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

Onun sözlərinə görə, bununla belə Ermənistan bölgədə militarist siyasətini pərdələməyə çalışır: "Məlumdur ki, Cənubi Qafqazda militarist siyasətini ilk növbədə Ermənistan həyata keçirir. Həmin dövlət Dağlıq Qarabağı işğal edərək dünya hüququndan və beynəlxalq qurumların nəzarətindən kənar bir bölgədə kütləvi silahlanma və bölgənin ciddi silahlanma bazasına çevrilməsi siyasətini yürüdür. Azərbaycan və Gürcüstanın sivil inkişafı və Avropaya inteqrasiyası fonunda Ermənistan günbəgün silahlanır və nəticədə qonşu dövlətləri, onların ərazi bütüövlüyünü təhdid edir. Ermənistan rəhbərliyi ərazi iddiası ilə çıxış edir və bunu bölgəyə cəmlənmiş hərbi texnika vasitəsilə həyata keçirməyə çalışır".

Bütün xəbərlər Facebook səhifəmizdə