"İctimai nümayişlər zamanı jurnalistlərin təhlükəsizliyi" mövzusunda keçirilən seminar ümumilikdə media azadlığının gələcəyi üçün çox böyük əhəmiyyət kəsb edir. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç bildirib.
Onun sözlərinə görə, bu seminar Azərbaycanda media azadlığı sahəsində görülə biləcək ən yaxşı nümunəvi fəaliyyətlərdən biridir: "Bu tədbirdən sonra noyabrın 12-13-də "İnformasiya əldə etmək mövzusunda" növbəti treninq keçiriləcək. Ümid edirəm ki, bu cür layihələr davamlı olacaq. Həmçinin mən İnternet İdarəçiliyi forumunda iştirak etməkdən çox məmnunam. Təqdirəlayiq haldır ki, dünyanın müxtəlif ölkələrindən eyni zamanda Azərbaycandan burada xeyli sayda jurnalist iştirak edir və öz fərqli fikirlərini bildirirlər. Eyni zamanda mənim ölkənin yüksək vəzifəli şəxsləri ilə görüşmək imkanım oldu və birgə olaraq problemlərdən necə qurtulmağın yollarını müzakirə etdik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB