ABŞ rəsmisi Bakıda

ABŞ-ın Qlobal Qadın Məsələləri Üzrə Səfiri xanım Melani Verviyerin Azərbaycana olan səfəri başa çatıb. SİA-nın məlumatına görə, səfər zamanı M. Verviyer qlobal qadın məsələlərinin və xüsusi olaraq qadınların təhsilinin dəstəklənməsi sahəsindəki fəaliyyətinə görə Nizami Gəncəvi mükafatını alıb. Öz çıxışında Səfir Verviyer Nizami Gəncəvinin öz əsərlərində qadınların Azərbaycan cəmiyyətində rolunu yüksək qiymətləndirilməsini xüsusi vurğulayıb.

Səfir Verviyer həmçinin vətəndaş cəmiyyəti, hökumət və biznes sahəsində fəaliyyət göstərən qadınlarla görüş keçirərək onların Azərbaycanın və ümumilikdə qlobal inkişafdakı rolu haqqında müzakirələr aparıb. Melani Verviyer və Səfir Morninqstar ABŞ və Azərbaycan arasında davamlı əməkdaşlığı Azərbaycan Respublikası Ailə,Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsinin Sədri xanım Hicran Hüseynova ilə görüşdə müzakirə ediblər.

Səfər çərçivəsində həmçinin qadın məsələlərini dəstəkləyən müxtəlif fərdlərin və biznes rəhbərlərinin şərəfinə ziyafət təşkil edilib və tanınmış qadın iş adamları ilə görüşlər keçirilib. Bütün səfər müddətində Səfir Verviyer vurgulayıb ki, qadınların rolunun və onlar üçün imkanların artırılması istənilən ölkənin və ya cəmiyyətin marağına xidmət edərək millətlərin iqtisadi və ictimai həyatına böyük töhfə verir.

Azərbaycanı tərk etdikdən sonra Səfir Melani Verviyer öz səfərini Polşanın Varşava şəhərində bu gün təşkil olunan Gələcəyə İnvestisiya Konfransına (GİK) ev sahibliyi etməklə başa çatdırıb.

Bu Konfrans Azərbaycan daxil olmaqla Cənubi və Şərqi Avropadan olan qadın sahibkarlara yardım şəbəkəsi və üstün təhsil imkanları yaradır. GİK bir layihə olaraq ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilir. Bu Azərbaycandan və ətraf regiondan olan qadın sahibkarlara dəstək məqsədi ilə təşkil olunan III Konfransdır.

Bütün xəbərlər Facebook səhifəmizdə