YAP-ın bütün fəaliyyəti xalqın maraqlarına istiqamətlənib

YAP-ın bütün fəaliyyəti xalqın maraqlarına istiqamətlənib

Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) Yeni Azərbaycan Partiyasının 20 illiyi münasibətilə tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Millət vəkili, ADİU-nun rektoru Şəmsəddin Hacıyev, deputat Eldar İbrahimov, YAP-ın icra katibinin müavini Siyavuş Novruzov və digər qonaqlar iştirak edib. Əvvəlcə tədbir iştirakçıları dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

ADİU-nun rektoru Şəmsəddin Hacıyev tədbirdə çıxış edərək YAP-ın bugünkü fəaliyyətini yüksək qiymətləndirib və hakim partiyanın yaranma tarixinə qısa nəzər salıb. O, 90-cı illərin əvvəllərində yaradılan partiyanın hansı şəraitdə fəaliyyətə başladığını, ulu öndərin ətrafında çox az adamın olduğunu, şəxsən onun özünün bu partiyanın nizamnaməsini və məramnaməsini, vəzifələrini yazdığını dinləyicilərin diqqətinə çatdırıb.

Sonra söz Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, deputat Eldar İbrahimova verilib. Millət vəkili çıxışında partiyanın yaranma tarixinə toxunub. Onun sözlərinə görə, partiya ölkənin ən ağır vaxtında yaradılıb və həmin vaxt partiya daxilində də təşkilatı dağıtmağa cəhdlər olub: "Lakin Heydər Əliyev buna imkan verməyib. Bu gün isə onun yolunu Azərbaycanın prezidenti İlham Əliyev davam etdirir".

Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov isə dedi ki, Yeni Azərbaycan Partiyasının aparıcı dünya ölkələrinin siyasi partiyaları ilə dostluq əlaqələri var: "Bunun həm dövlətimizin beynəlxalq aləmdə təmsil olunmasında, həm də ölkəmizin problemlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında böyük rolu vardır".

Siyavuş Novruzov vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının bütün fəaliyyəti xalqın maraqlarına istiqamətlənib: "YAP istər iqtisadi məsələlərdə, istər sosial problemlərin həllində, istər "Regionların sosial iqtisadi inkişafı Dövlət Proqramı"nın həyata keçirilməsində, istərsə də digər sahələrdə həyata keçirilən dövlət siyasətində aktiv iştirak edib, bu proseslərdə öndə gedən qüvvə olub. çünki, bizim partiyamızın nümayəndələri belə məsələlərdə ikiqat məsuliyyət daşıyırlar".

Tədbirin sonunda universitetin rəhbərliyi tərəfindən bir qrup şəxsə YAP-ın üzvlük vəsiqələri təqdim olundu.

Bütün xəbərlər Facebook səhifəmizdə