“Xankəndi aeroportu AŞPA-da gündəmə gətirilə bilər” EKSKLÜZİV

“Xankəndi aeroportu AŞPA-da gündəmə gətirilə bilər” EKSKLÜZİV

Mövlud Çavuşoğlu: "Problemin həlli hələ də nəticəsiz qalıb"

Avropa Şurası Parlament Assambleyası (AŞPA) sədrinin xüsusi nümayəndəsi, təşkilatın sabiq sədri Mövlud Çavuşoğlu ermənilərin istifadəyə vermək istədiyi Xankəndi hava limanı ilə bağlı məsələyə münasibət bildirib. Xüsusi nümayəndə M.Çavuşoğlu SİA-ya eksklüziv müsahibəsində deyib ki, sözügedən hava limanının istifadəyə verilməsi ilə bağlı məsələnin AŞPA-nın növbəti iclaslarında gündəmə gətirilməsi istisna deyil.

ATƏT-in Minsk qrupunun fəaliyyətinə də toxunan M.Çavuşoğlu deyib ki, Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olsa da, problemin həlli hələ də nəticəsiz qalıb: "AŞPA Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan ərazilərinin işğalı ilə bağlı 2005-ci ildə müvafiq sənəd qəbul edib və bundan irəli gələn addımlar atılmalıdır".

Həsən Həsənov

Bütün xəbərlər Facebook səhifəmizdə