"Yadınızdadırsa Ermənistan tərəfi danışıqlar prosesini pozmaq üçün Ramil Səfərov məsələsindən fəal şəkildə istifadə etməyə çalışırdı". Bunu SİA-ya açıqlamasında millət vəkili Bahar Muradova deyib. O bildirib ki, ermənilər istədikləri effekt alınmadığından növbəti bir provakasiyaya əl atırlar.
Millət vəkili Xocalı aeroportu ilə bağlı da açıqlama verib. O bildirib ki, bu Ermənistan tərəfinin blefidir: "Avstraliya bütöv bir dövlət olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıdığını dəfələrlə bəyan edib. Ermənistan rəhbərliyi düşən nüfuzunu bərpa etmək və havadarlarının tapşırıqlarını daha yaxşı həyata keçirmək üçün belə fikirlər ortaya ataraq Qarabağla bağlı ümidlərinin olduğunu sızdırmağa çalışır. Mən bilirəm ki, Beynəlxalq hüququn prinsiplərinə hörmət edən dövlət Dağlıq Qarabağın müstəqilliyini tanımayacaq".
XANIM NAĞIYEVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB