Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlının "aksiyalara "Azadlıq" meydanı verilməlidir və iqtidar xalqın nəzarətini hiss etməlidir" kimi fikirlərinə cavab verib.
Deputat M.Qurbanlı SİA-ya açıqlamasında deyib ki, Azərbaycan iqtidarı hər zaman xalqla bir yerdədir, müxalifət isə xalqdan kənardır: "Müxalifət özü də yaxşı dərk edir ki, xalqdan kənarda qalıb. Hesab edirəm ki, bu məsələyə başqa cür yanaşmalar tamamilə yalnışdır. Əgər kimlərsə düşünür ki, guya iqtidarla xalq arasında hər hansı sədd var, bu tamamilə səhv düşüncədir. İqtidar və xalq birdir və iqtidarda olan şəxslər də xalqın nümayəndələridir. İndiki iqtidar ancaq xalqa xidmət edir".
Həsən Həsənov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB