Politoloq Ərəstun Baxşəliyevin "Səs" TV-yə müsahibəsi:
- Ərəstun müəllim, bu gün Azərbaycan üçün aktual məsələlərindən biri də Qəbələ RLS- dir. Rusiya ilə bağlanmış müqaviləyə əsasən Qəbələ RLS-in icarə müddəti artıq başa çatıb. Müqavilənin yenilənməsi və ya müddətinin uzadılması istiqamətində Rusiya ilə Azərbaycan arasında hələ ki, konkret ortaq nöqtəyə gəlinməyib. Bəzi mənbələrin məlumatına görə, Rusiya Qəbələ RLS-ni hərbi bazaya çevirmək istəyir. Bu Azərbaycan üçün hansı təhlükələr doğura bilər?
- Rusiyanın Cənubi Qafqazla bağlı siyasəti hamıya bəllidir. Rusiya Cənubi Qafqazda öz mövqelərini qorumaq niyyətindədir. Qarabağ problemi ilə bağlı ölkədə baş verən proseslər, danışıqların bu günə qədər uzanması və Ermənistanla Azərbaycan arasında olan Qarabağ probleminin bu səviyyədə olması bölgədəki maraqlarla bilavasitə bağlıdır. Rusiya hər vəchlə çalışır ki, bölgədə öz maraqlarını qoruyub saxlasın, Qərb maraqları burada onu üstələməsin. Bu baxımdan Rusiya maksimum dərəcədə çalışacaq ki, bölgə ilə bağlı yürütmüş olduğu siyasətində hər hansı bir güzəştə getməsin. Rusiya Qəbələ RLS-də qalmaqda israrlıdır. 2002-ci ildə bağlanmış müqavilənin şərtləri bu gün üçün Azərbaycanı qane etmir. Azərbaycan Qəbələ RLS-i ilə bağlı Rusiyaya heç də sədd çəkməyib, qadağa qoymayıb. Sadəcə olaraq Azərbaycan tərəfi stansiyanın icarə haqqının qiymətini qaldırıb. Bu da Azərbaycanın təbii haqqıdır. Rusiya da vaxtı ilə Azərbaycana qaz satırdı və bu satışın qiymətini sonradan iki dəfəyə qədər artırdı. Bu Rusiyanın öz təbii haqqı olduğu üçün bunu etdi. Bunu siyasi tərəfdən yozan politoloqlar hesab edirlər ki, Rusiyanın Cənubi Qafqazdakı siyasi maraqlarını zəiflətmək niyyətində olan dövlətlər var. Bu dövlətlər Qəbələ RLS-ni Rusiyanın hərbi bazası kimi görürlər. Bu baxımdan RLS-in fəaliyyətinin dayandırılmasında maraqlıdırlar. Azərbaycan Rusiya Qəbələ RLS-nə məhdudiyyət qoymur, sadəcə icarə qiymətini qaldırır. RLS Rusiya üçün olduqca mühüm bir obyektdir. Rusiyanın Abxaziya, Osetiya xaric, Cənubi Qafqazda qalan yeganə bazası RLS hesab olunur. Rusiya belə bir təkliflə çıxış etdi ki, RLS-in 2-3 il müddətinə və köhnə qiymətlə icarə müddəti uzadılsın. Ancaq Azərbaycan tərəfi bu təklifə də rədd cavabı verdi.
- Danışıqların uzadılması kimə sərf edir və ya əksinə kimə daha çox ziyan vurur?
- Azərbaycan öz mövqeyini ortaya qoyub. Rusiya tərəfi təkidlə RLS-in icarə müddətini 2 - 3 il uzadılmasını və köhnə qiymətlərlə olmasını tələb edir. Lakin Azərbaycan bununla razılaşmır. Danışıqların uzadılması nə Rusiya, nə də Azərbaycan tərəfinə sərf etmir.
- Gürcüstanda parlament seçkiləri keçirildi. Burada "Gürcü arzusu" koalisiyası və onun lideri İvanaşvili gözlənilənlərin əksinə, iqtidar partiyası üzərində qələbə çaldı. Bəziləri iddia edir ki, İvanaşvili Rusiyanın adamıdır və bundan sonra Gürcüstan Rusiyaya meylli siyasət yürüdəcək. Bu fikirlər nə qədər həqiqəti əks etdirir?
- Bu gün üçün şərh etmək o qədərdə düzgün olmazdı. Çünki hər bir dövlətin öz siyasəti olur. Gürcüstan dövlətində bəlirləşmiş siyasəti var. Gürcüstan özü NATO-ya üzv olmaq üçün illərdir mücadilə aparır. Gürcüstanda hakimiyyət dəyişikliyi, İvanaşvili hakimiyyətinin qələbə çalması, gələcəkdə Gürcüstanın Rusiyaya meylli siyasət yürütməsi ilə bağlı olan fikirləri o qədər də dəstəkləmirəm. Çünki, Rusiya tərəfindən də belə açıqlamalar var ki, hazırda hakimiyyətə münasibət o qədər də ciddi deyil. Rusiya tərəfindən də bu hakimiyyətlə bağlı ehtiyatlı siyasət yürüdürlər. Rusiya Gürcüstan münasibətlərində bir sıra yumşalmalar sezməyə başlamışdı və fikrimcə, bu gün də İvanaşvili hakimiyyətinin qələbə qazanması taktiki davranışdır. Orada Qərbin öz adamı olan Saakaşvili bu gün də hakimiyyət başındadır və burada bir növ ikili hakimiyyət hökm sürməkdədir. Biri hökumət, digəri isə prezident. Azərbaycan Gürcüstanla qonşu dövlət olduğu üçün bütün bu dəyişikliklər Azərbaycana birmənalı şəkildə təsir göstərəcək. Azərbaycanın bütün enerji layihələri məhz Gürcüstan üzərindən həyata keçirilir. Kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, Gürcüstan öz varlığını qoruyub saxlamaq üçün Azərbaycandan ucuz qiymətə qaz, enerji almağa məcburdur. Yəni heç bir siyası gedişatdan asılı olmayaraq, Gürcüstan Azərbaycanla əlaqələr qurmağa davam edir.
Aydan Xanlarqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB