"Müxalifətin müəyyən hissəsində, xüsusilə də radikal qanadında bir sıra problem yaşanır. Bu gözlənilən məsələdir". SİA-nın xəbərinə görə, bunu Millət vəkili Fazil Mustafa son günlər radikal düşərgənin İctimai Palatada da səsləndirdikləri istefa çağırışları ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, həmin insanlar qarşılarına qoyduqları tələbləri yerinə yetirə bilmədikdə daha çox qəzəbli və narahat olurlar: "Onlar bu kimi məsələlərdə dözümsüzlük nümayiş etdirərək günahı hansısa qəzetin, yaxud şəxslərin boynuna yükləməyə çalışırlar. Ona görə də bu kimi məsələlərdə bir qədər mülayim davranılmalıdır və təftiş olunmalıdır ki, biz nə istəyirik və hansı şərtlər daxilində siyasi mübarizə aparırıq".
Millət vəkili hesab edir ki, artıq konstruktiv bir mövqeyə gəlmək zərurəti var: "Çox təəssüf ki, bunu dərk etmədiklərinə görə bir çoxları sanki istefa verməklə məsələyə çözüm yolları axtarmağa çalışırlar. Düşünürəm ki, yaxın gələcəkdə bu cinahda daha böyük istefalar başlayacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB