Meriya müxalifətə Bibiheybəti göstərdi

Meriya müxalifətə Bibiheybəti göstərdi

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) "Parlament buraxılsın" kampaniyasının təşkilatçılarının oktyabrın 20-də paytaxtın "Fəvvarələr" meydanında aksiya keçirilməsi ilə bağlı müraciətini cavablandırıb.

BŞİH gənclərin oktyabrın 20-də saat 15:00-da "Fəvvarələr" meydanında keçirmək istədikləri aksiyanı məqsədəuyğun hesab etməyib.

Şəhər İcra Hakimiyyəti təşkilatçılara Səbail rayonu, Bibiheybət qəsəbəsi, 20-ci sahə, sürücülük məktəbinin həyətindəki meydançada mitinq keçirməyi təklif edib.

Bütün xəbərlər Facebook səhifəmizdə