Prezident İtaliyanın keçmiş XİN rəhbərini qəbul edib

Prezident İtaliyanın keçmiş XİN rəhbərini qəbul edib

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Respublikasının keçmiş xarici işlər naziri Franko Frattinini qəbul edib.

Görüşdə Bakı Beynəlxalq Humanitar Forumunun ölkələrarası əməkdaşlığın genişləndirilməsi baxımından önəmi qeyd olunub, Foruma marağın getdikcə daha da artdığı bildirilib.

Görüşdə, həmçinin Azərbaycan ilə İtaliya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub, Azərbaycan-İtaliya və Azərbaycan-Avropa İttifaqı əməkdaşlığına dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə