Məlum olduğu kimi sentyabrın 25-də Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayev tərəfindən Gülər Əhmədova ilə bağlı kütləvi informasiya vasitələrində yayımlanmış video görüntülərlə bağlı artıq Bakı şəhər Prokurorluğunda cinayət işi başlanıb və araşdırmalar gedir. Lakin dağıdıcı müxalifət təmsilçiləti məlum olayı siyasiləşdirməklə, bu məsələ ətrafında siyasi şou düzənləyir. Xüsusilə, qondarmaq qurum olan "İctimai Palata" baş vermiş hadisəni siyasiləşdirməklə, bunu dövlətin adına yazır. Dağıdıcı müxalifətin bu çirkin məqsədləri ilə bağlı söhbət etdiyimiz müsahiblərimiz məsələnin siyasiləşdirilməsinin yol verilməz olduğunu bildirərək, belə bir addımların yalnış olduğunu qeyd etdilər.
Millət vəkili Məlahət İbrahimqızı: "Bununla bağlı hüquq mühafizə orqanları var, aidiyyatı qurumlar var"

- Demək olar ki, müxalifətin bütün imkanları tükənib, onların danışmağa sözü yoxdur. Müxalifətin ölkədə hər hansı ciddi fəaliyyəti olmadığı üçün müzakirə etməyə, siyasiləşdirməyə hər hansı bir hadisə axtarırı. Onlar göydən yağan yağışa da münasibət bildirirlər. Hesab edirəm ki, onların Gülər Əhmədova ilə bağlı yayılan video görüntülərin siyasiləşdirilməsi ilə bağlı verdiyi açıqlamarın heç bir əsası yoxdur. Sözügüdən video yayıldıqdan sonra Gülər Əhmədova mandatından imtina etməsi barədə müraciət edib. Bunun siyasiləşdirilməsinə nə ehtiyac var ki? Bununla bağlı hüquq mühafizə orqanları var, aidiyyatı qurumlar var. Bu məsələyə hüquiq qiymətin verilməsi müxalifətin səlahiyyətində deyil. Gülər Əhmədova və Elşad Abdullayevlə bağlı yayılan video görüntüləri siyasiləşdirməklə dövlətin adına hər hansı xoşagəlməz ifadələr işlətmək düşünürəm ki, qətiyyən yolverilməzdir.
Millət vəkili, Professor Musa Qasımlı: "Bu məsələ ətrafında hay-küy qaldırılması istintaqın aparılmasına mane ola bilər"

- Düşünürəm ki, bu məsələnin siyasiləşdirilməsi tamamilə yalnışdır. Bu məsələ ətrafında hay-küy qaldırılması istintaqın aparılmasına mane ola bilər. Ona görə də bu məsələnin siyasiləşdirilməsindən əl çəkilməlidir. Çünki bununla bağlı hüquq mühafizə orqanlarında araşdırma aparılır və nəticə barədə hər kəsin məlumatı olacaq. Ona görə də belə hərəkətlərin edilməsi istintaqın gedişinə müdaxilədir və bu da qanunaziddir.
Millət vəkili Zahid Oruc: "Bu şəxslərin fürsətkeşlik keyfiyyətləri, hər bir məsələni ümumilədirmək, ictimailəşdirmək, daha çox dərəcədə onu dövlətin adına yazmaq keyfiyyətləri normal bir siyasi mədəniyyət nümunəsi hesab edilmir"

- Azərbaycanda 90-cı illərin ortalarında siyasi müxalifətçiliyin nəzəri əsasları, praktiki fəaliyyət meyarları da səhv müəyyənləşdiyindən bu tendensiyanı hər zaman müxtəlif dövlətçilik, milli həyat məsələlərində biz şahidi olmuşuq. Düşünürəm ki, ən başlıca məqam ondan ibarətdir ki, dövlət baş verən hər hansı bir skandala yaxud da ki, qeydi-qanuni təzahür edən məsələlərə öz reaksiyasını sərgiləyir, müvafiq aidiyyatı üzrə strukturlar onu öz icraatlarına qəbul edirlər və müvafiq addımlar atırlar. Mühüm bir hakimiyyət qolunu aşındırmaq, ictimai rəydə onu yerə vurmaq, bir dövlət instututu kimi ona itaətsizlik mühitini formalaşdıraraq özlərini alternativ kimi təqdim etmək cəhdi nə qədər alınır? Məsələ ondan ibarətdir ki, parlamentdə dövlətin həyatı, onun gələcəyi, onun beynəlxalq əlaqələrinin qorunması yaxud sıravı azərbaycanlının həyatına, sabahına gələcəyinə bağlı çox böyük zəhmət daşıyan insanlar var. Bunların əməyinin üstündən keçmək olmaz. Bu ədalətli mövqe deyil. Bunların ən çox səslə söylədikləri demokratiya da, insaf da bunu qəbul etmir. Bu məsələ üzərində çıxarış edərək, onun hakimiyyət əlehinə propakanda yarandığını düşünür. Bu şəxslərin fürsətkeşlik keyfiyyətləri, hər bir məsələni ümumilədirmək, ictimailəşdirmək, daha çox dərəcədə onu dövlətin adına yazmaq keyfiyyətləri normal bir siyasi mədəniyyət nümunəsi hesab edilmir. Dövlət onun çevrəsində, bu platformada dayanan hər bir şəxsin cavabdehliyini daşımalıdır? Bu 30-cu illərdəki bolşevik yanaşması deyil, bəs nədir? Həmin o video qalmaqal müsbət energetik hadisə sayıla bilməz. İnsanların bir çoxu üz-üzə qaldı. Milli həyata, parlament həyatına müəyyən mənada təsirlərini göstərdi. Biz bunu inkar etmirik. İş ondadır ki, 30-cu illərdə ataya görə oğulun cavabdehliyi tələb olunurdusa, bu gün o meyarları siyasi partiyalar çevrəsinə yönəldiblər. Bəs, Mehdi Hüseynli adlı şəxs təyyarə qarçırıb seçki ultimatumları verəndə bu müxalifət mediada bütövlükdə tənqid olunurdu. Onların ən güclü cavabı o idi ki, nədən bizim hamımızı eyni kriteriyalarla ölçürsünüz? Bəs niyə unudublar bu yanaşmaları? Dövlət onda güclüdür ki, hər bir məsələnin eforiyadan uzaq, qanun tələbinə uyğun qiymətini verir. Əminəm ki, bu belə də olacadır.
"Yurddaş" partiyasının sədri Mais Səfərli: "İqtidarla mübarizə aparmaq üçün belə addımlar heç də düzgün hesab oluna bilməz"

- Belə hallar təkcə bizim ölkəmizdə baş verməyib. Amerika kimi demokratik dövlətlərdə belə hallara tez-tez rast gəlmək olar. Millət vəkilinin hakimiyyətin yuxarı eşalonunda olan adamlara nə aidiyyatı ola bilər? Millət vəkilini seçicilər seçiblər, onu ora təyin etməyiblər. Bu məsələni siyasiləşdirmək düzgün deyil. İqtidarla mübarizə aparmaq üçün belə addımlar heç də düzgün hesab oluna bilməz. Millət vəkili də vətəndaşdır. O da qanun pozuntularına yol verə bilər. Bundan hakimiyyətə mübarizə kimi istifadə etmək, heç bir siyasi məntiqə, siyasi etikaya sığmır. Hətta, Gülər Əhmədovanın mənsub olduğu Yeni Azərbaycan Partiyasının rəsmiləri də buna münasibət bildirilib. Bir sözlə bütün şəxslər tutduğu vəzifədən asılı olmayaraq, qanun qarşısında bərabərdir. Əgər məsuliyyəti varsa, bunun üçün cavab verməlidir. Məsələyə sadəcə bu prizmadan yanaşmaq doğru olardı.
BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı: "Gülər Əhmədova məsələsində Əli Kərimli ilə İsa Qəmbər siyasi şou yaradırlar"

- Gülər Əhmədovanın mandatdan imtina etməsi ilə bağlı müraciəti siyasi mədəniyyət nümunəsi idi. Bütün demokratik ölkələrdə bu prosedur olur. Millət vəkili, nazir və başqa məmurlarla bağlı belə bir hallar varsa, o dərhal istefa verir. Gülər Əhmədovanın da mandatdan imtina etməsi göstərdi ki, Azərbaycanın siyasi mühitində siyasi mədəniyyət formalaşıb. Hüquqi baxımdan bu məsələ aidiyyatı orqanlar tərəfindən araşdırılır. Məlum videogörüntülərin siyasiləşdirilməsi istiqamətində irəli sürdüyü versiyalar radikal müxalifətin ənənəsidir. Onlar bu məsələ ətrafında şou düzənləmək fikrindədir. Belə çirkin yollara əl atmaqla düşünürlər ki, gündəmi zəbt edəcəklər. Gülər Əhmədova məsələsində Əli Kərimli ilə İsa Qəmbər siyasi şou yaradırlar. Radikal müxalifət bu hadisədən öz məqsədləri üçün "bəhrələnib", hakimiyyətə olan münasibətlərinə yönəldirlər. Hesab edirəm ki, bu tamamilə yalnış və gülünc bir addımdır. Bu məsələ oldu və bitdi. Radikal müxalifət bu video görüntülərlə bağlı gündəmi zəbt edən açıqlamalar verməsi qeyd etdiyim kimi şou yaratmaqdan başqa bir şey deyil. Eyni zamanda bununla bağlı sosial şəbəkələrdə müzakirələr aparmaq da onların vəzifəsinə çevrilib.
Babək Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB