Millət vəkili ATƏT rəsmisi ilə görüşdü

Millət vəkili ATƏT rəsmisi ilə görüşdü

Avropa Şurası Parlament Assambleyasının Gürcüstanda keçirilən parlament seçkilərini müşahidə missiyasının üzvü, millət vəkili, Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun sədri Qənirə Paşayeva Tiflisdə Gürcüstanın Daxili İşlər Naziri Ekaterine Zguladze ilə görüşüb. SİA-nın məlumatına görə, millət vəkili Q.Paşayeva bildirib ki, Azərbaycan-Gürcüstan münasibətləri sadəcə qonşuluq və dostluq münasibətləri deyil, ən yüksək səviyyədə strateji müttəfiqlik münasibətləridir. Gürcüstan vətəndaşları olan azərbaycanlıların və Azərbaycan vətəndaşı olan gürcülərin də iki dost ölkəni biri-birinə sıx bağladığını deyən millət vəkilli Qənirə Paşayeva, İki ölkə arasında münasibətlərin sürətlə inkişaf etməsinin sevindirici hadisə olduğunu deyib. Q.Paşayeva bildirib ki, Azərbaycan və Gürcüstanın parlament üzvləri, parlamentlərarası dostluq qrupları və iki ölkənin parlament nümayəndə heyətləri AŞPA da daxil olmaqla, bütün beynəlxalq təşkilatlarda əməkdaşlığı daha da genişləndirməli və ölkələrimizin maraqları çərçivəsində, dövlətlərimizin ərazi bütövlüyünün təmin olunması istiqamətində əməkdaşlığı və işbirliyini daha da artırmalıdırlar. Azərbaycanın Gürcüstanın dostu və strateji müttəfiqi olduğunu vurğulayan, daxili işlər naziri Ekaterine Zguladze iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın getdikcə daha da güclənməsinin sevindirici hadisə olduğunu vurğulayıb. Bu əməkdaşlığın daha da genişlənəcəyinə əmin olduğunu qeyd edib. Millət vəkili Qənirə Paşayeva Tiflisdə həmçinin Gürcüstanın Avropa Şurası Parlament nümayəndə heyətinin üzvləri və bu ölkənin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Georgi Sereteli ilə də görüşüb və fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə