Millət vəkili: "Mübarizədə Rəqabət Məcəlləsi vacibdir”

"Rəqabət Məcəlləsinin parlamentdə qəbulunun gecikməsi yolverilməzdir". SİA-nın xəbərinə görə, bu ifadə ilə Milli Məclisin iclasında çıxışı zamanı deputat Vahid Əhmədov söyləyib.

"Rəqabət Məcəlləsi iki oxunuşdan keçib, ancaq indi bizə xəbər gəlib ki, qanun layihəsi yenidən İqtisadi İnkişaf Nazirliyinə göndərilib. Bu Məcəllənin qəbulunu gecikdirmək olmaz. Dövlət başçısı İlham Əliyev da hər dəfə bu məsələyə toxunur. Monopoliyaya qarşı mübarizədə Rəqabət Məcəlləsi vacibdir" -deyə, millət vəkili qeyd edib.

Vahid Əhmədov məcburi tibbi sığortanın tətbiqinin də gecikməsini yolverilməz sayıb. O, Ramil Səfərovla bağlı məsələ ilə əlaqədar dövlət başçısının atdığı addımları yüksək dəyərləndirib: "İqtidarla müxalifətin bu məsələdə həmrəylik göstərməsi də təqdirəlayiqdir. Bu milli məsələdir. Türkiyədən başqa Azərbaycanı müdafiə edən bir dövlət yoxdur. Qarabağ məsələsində də bizi yalnız Türkiyə müdafiə edir. Ona görə də Türkiyə ilə əlaqələri genişləndirməliyik".

Könül Kamilqızı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...