"Türkiyənin mövqeyi dəyişilməzdir”

Qarabağ məsələsində

"Dağlıq Qarabağ məsələsinə yanaşmada Türkiyənin mövqeyi dəyişilməzdir". Bunu AKP-nin qurultayında bu partiyanın sədri və Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan deyib.

Baş nazir əlavə edib ki, Türkiyənin bu mövqeyini Ermənistan və onun dəstəkçiləri də bilməlidir: "Azərbaycanlı qardaşlarımızın haqları bərpa olunmayana qədər bizim mövqeyimiz dəyişməyəcək".

Qeyd edək ki, AKP-nin bu gün keçirilmiş IV qurultayına dünyanın müxtəlif ölkələrindən 200-ə qədər qonaq qatılıb.

Azərbaycandan qurultayda Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...