Millət vəkili: “Kimsə hüquqi çərçivəni aşmamalıdır”

"Hər kəsin müstəqil hüququ var ki, müəyyən məsələdə öz rəylərini bildirsinlər. Amma rəy bildirərkən hüquqi çərçivəni kimsə aşmamalıdır". Bunu SİA-ya açıqlamasında millət vəkili Fazil Mustafa həmkarı Gülər Əhmədovanın məsələsinə münasibət bildirərkən deyib. O bildirib ki, nəticələr hüquq-mühafizə orqanlarının aldığı qərarlara uyğun olaraq ortaya qoyulacaq. Millət vəkilinin sözlərinə görə, bu nəticələr məlum olmadan hər hansı bir rəyin, qərarın, belə bir ittihamların səsləndirilməsi sonradan hüquqi fəsadlar törədə bilər.

"Hər hansı bir hüquqi nəticə ortaya qoyulmadan, sənədin hüquqiliyi sübut olunmadan, burada olan cinayətin motivi aydınlaşdırılmadan bununla bağlı hər hansı bir şəkildə vaxtından əvvəl ittihamın irəli sürülməsi doğru səslənməz. Cəmiyyət bunu edə bilər. Amma rəsmi şəkildə bu məsələnin nəticəsini gözləmək lazımdır. Əgər cinayət işi açılıbsa, onun məqamları və nəticələri haqqında məlumat veriləcək. Bundan sonra artıq hüquqi zəmində məsələnin konkret müzakirəsini aparmaq olar", - deyə F.Mustafa əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə