"Aİ üçün KİV azadlığı əsas dəyərlərdən biridir"

"Aİ üçün KİV azadlığı əsas dəyərlərdən biridir"

"Avropa İttifaqı üçün KİV azadlığı əsas dəyərlərdən biridir. Qərb təkcə başqa ölkələrdə deyil, Avropada da KİV-in bütün məhdiyyətlərini pisləyir". SİA-nın xəbərinə görə, bu barədə Avropa İttifaqınını Azərbaycan üzrə missiyasının rəhbəri Roland Kobia Bakıda keçirilən "Azərbaycanda media mühiti: mövcud durum və yeni çağırışlar" adlı beynəlxalq konfransda bildirib.

Kobianın sözlərinə görə, o bu istiqamətdə Azərbaycan hökumətinin atdığı bir çox müsbət addımların şahidi olub.

Səfir qeyd edib ki, Azərbaycan noyabrda elektron hökumət üzrə mühüm və nüfuzlu foruma ev sahibliyi edəcək. Onun sözlərinə görə, Avropa Komissiyasının rəqəmsal məsələlər üzrə vitse-prezidenti Neli Kresin də həmin forumda iştirakı planlaşdırılır.

"Bu tədbir ölkənin mühüm məsələlərin müzakirəsinə hazırlığını sübut edir. Bu forum Azərbaycan üçün ölkənin inkişafını və real ambisiyaları nümayiş etdirmək imkanı verəcək", - deyə səfir qeyd edib.

O əlavə edib ki, bu Azərbaycan üçün, habelə buna layiq olan sahələrdə həllərin tapılması üçün gözəl imkan olacaq.

Ceyhun Eyyubov

Bütün xəbərlər Facebook səhifəmizdə