İdarə rəisi işdən çıxarılıb

Azərbaycan Daxili İşlər Nazirliyinin idarə rəisi işdən çıxarılıb. Nazirlikdən SİA-ya verilən məlumata görə, DİN-in Tibb İdarəsinin rəisi, polis polkovniki Bəhruz Səfərəliyev daxili işlər orqanlarında xidmət keçmə müddəti başa çatdığı üçün təqaüdə göndərilib.

60 yaşının tamam olması münasibəti ilə daxili işlər naziri, general-polkovnik Ramil Usubov tərəfindən qəbul edilən B.Səfərəliyev fəxri fərman və medallarla təltif edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə