Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Səfər Əbiyev bu gün Litva Respublikasına rəsmi səfər edib. Müdafiə Nazirlyindən SİA-ya verilən məlumata görə, Azərbaycanın müdafiə nazirinin rəsmi qarşılanma mərasimi keçirilib və hər iki ölkənin dövlət himni səslənib.
Müdafiə naziri Səfər Əbiyevlə Litva Respublikasının milli müdafiə naziri Rasa Yunkiaviçene arasında təkbətək, sonra isə geniştərkibli görüş keçirilib. Görüşlərdə ölkələrarası hərbi əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsi qərara alınıb və Litva ilə Azərbaycan müdafiə nazirlikləri arasında yenilənmiş hərbi əməkdaşlıq haqqında saziş imzalanıb.
Görüşdə Azərbaycanın Litvadakı fövqəladə və səlahiyyətli səfiri Həsən Məmmədzadə də iştirak edib.
Qeyd edək ki, Azərbaycan müdafiə nazirinin sabah Litva Respublikasının rəsmi şəxsləri ilə görüşü nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB