Erməni əsgər özünü öldürdü

Dünən gecə Ermənistanın hərbi hissələrindən birində hərbi xidmətdə olan erməni əsgər intihar edib. SİA-nın "Armenia Today" saytına istinadən verdiyi məlumatına görə, İrəvan qarnizonunun hərbi hissələrindən birində həqiqi hərbi xidmət keçən, Arman Sarkisyanın meyyiti erməni hərbi hissələrindən birində aşkarlanıb.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Təhqiqat Xidməti hadisə yerinə operativ qrup göndərib. İlkin məlumata görə, Sarkisyan intihar edib. Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə