ABŞ ölkəmizlə əməkdaşlığa böyük əhəmiyyət verir

Azərbaycan Prezidenti ABŞ-ın Nümayəndələr Palatasının üzvlərini qəbul edib
ABŞ ölkəmizlə əməkdaşlığa böyük əhəmiyyət verir

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ-ın Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Avropa və Avrasiya altkomitəsinin sədri Dan Börtonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Altkomitənin sədri Dan Börton paytaxtımızda gedən sürətli inkişaf proseslərindən məmnunluğunu ifadə edib. Dan Börton Azərbaycanın regionda mühüm bir dövlət olduğunu vurğulayaraq ABŞ-ın ölkəmizlə əməkdaşlığın genişləndirilməsinə böyük əhəmiyyət verdiyini deyib.

Dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb, əlaqələrimizin daha da möhkəmləndirilməsində qanunverici orqanlar arasında əməkdaşlığın önəmini qeyd edib.

Görüşdə enerji, təhlükəsizlik, Beynəlxalq Sülhməramlı missiyanın tərkibində Azərbaycan sülhməramlılarının uğurlu iştirakı və əməkdaşlığımızın bir sıra digər sahələri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb, əlaqələrimizin daha da genişlənəcəyinə əminlik ifadə olunub.

Sonda xatirə şəkli çəkdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə