Elman Türkoğlu: “Elçibəyi aradan götürmək Əli Kərimovun planı idi” MÜSAHİBƏ
SəsTV-nin "Gündəm" verilişinin bugünkü qonağı Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin silahdaşı, daha çox meydan hərəkatının bayraqdarı kimi tanınan Elman Türkoğludur.
- Əbülfəz Elçibəyin zəhərlənməsinə qarşı münasibətiniz necədir ?
- Elçibəyin zəhərlənməsi faktdır. Onun zəhərlənməsində baş rol oynayan və onun ölümünə fərman verən indi AXCP adlanan, əslində "Yurd" təşkilatının sədri olan Əli Kərimovdur. Elçibəyi aradan götürmək Əli Kərimovun planı idi.
- Siz kifayət qədər ciddi iddihamlar səsləndirirsiniz. Bu barədə tutarlı faktlarınız varmı ?
- Ciddi fakt ondan ibarətdir ki, hər kəsə bəllidir ki, Elçibəy Bakının tərk edib Kələki kəndinə getdikdən sonra biz AXCP binasını qoruyurduq. O cümlədən əsasən burada baş rolları oynayan Əli Kərimov, Fuad Mustafayev, Asim Mollazadə, Əliməmməd Nuriyev və Qənimət Zahidov - bu beşlik hər zaman Əbülfəz Elçibəyə qarşı çıxıblar. Bundan qabaq "Yurd"un təşkilat sədri Əlisəfa bəy idi. Onlar Əsrar bəyi sıxışdırırdılar. 5 il 6 ay AXCP-nin binasında onlarla yaşamışam. Mən xarici vətəndaş olduğuma görə, gəlib burda 1-2 ay qalırdım. Meydanlarda baş verən hərəkatlarda və mitinqlərdə iştirak edirdim.
- Əbülfəz Elçibəyin zəhərlənməsi qənaətinə necə gəldiniz və siz bu işi Əli Kərimovun etdiyinə necə bu qədər əminsiniz?
- AXCP hələ partiya olmamışdan öncə "Yurd" təşkilatında fəaliyyət göstərirdim. Onu da deyim ki, bu təşkilat 1963-cü ildə Əbülfəz Elçibəy tərəfindən yaradılıb. Ölümünə qədər isə təşkilata Əlisəfa bəy başçılıq edirdi. Həm "Azadlıq" qəzetinin redaksiyasından, həm də Xalq Cəbhəsindən sıxışdırırdılar ki, Əlisəfa istefa versin və Əli Kərimli təşkilatın sədri seçilsin. O vaxt çalışırdılar ki, Əli Kərimov Bakıya gətirilsin. Əlisəfa istefa vermək istəmirdi. Əlisəfa bəyi bu səbəbdən o dövrdə çox sıxışdırdılar. O dövrdə çox hadisələr baş verirdi. Axırda Əlisəfa bəy evinə gedəndə Sumqayıt yolunun üstündə elə bir vəziyyət yaratdılar ki, maşının sol tərəfindən 2 arxa təkərinin havası çıxıb. Onlar düşüblər ki, maşının təkərini düzəltsinlər. Başqa bir maşın 3 nəfərdən ikisini vurub öldürdü. Əlisəfa bəy o gün rəhmətə gedəndən sonra Əli Kərimov "Yurd"un sədri seçildi və "Yurd" AXCP-nin tərkibində öz funksiyasını həyata keçirtməyə başladı.
- Sizin fikirlərinizdən məlum olur ki, sui-qəsd baş verib, ortada cinayət faktı var. İstintaq materiallarında Əli Kərimlinin bu cinayəti törətməsinin sübutu varmı?
- Onu vuran maşın tapılmadı. Lakin, məlumatımıza görə, onu vuran maşının sürücüsü xaricdə yaşayır. Onun vurulmasında baş rolu Əliməmməd Nuriyev, Asim Mollazadə və Qənimət Zahidov kimləri oynayıb.
- Deyirsiniz ki, Əbülfəz Elçibəyin zəhərlənməsini Əli Kərimov və onun ətrafı təşkil edib. Həqiqətən belə bir cinayət faktı varsa, bu məsələni niyə siyasiləşdirməyə çalışırlar?
- 2000-ci ildə Elçibəy Türkiyənin Gülhanə xəstəxanasında vəfat edərkən yüz minlərcə insan Aeroporta əllərində bayraqlarla axışdılar. Mən də əlimdə Elçibəyin özüm çəkdiyim portreti ilə aeroportda idim və dayanmadan ağlayırdım. Cənazənin gəlməyinə 1 saat qalmış jurnalistlər mənə yaxınlaşdı və Əbülfəz Elçibəyin ölümü barəsində fikrimi öyrənmək istədilər. Mən elə həmin gün orada bu suala cavab verərkən dedim ki, Əbülfəz Elçibəyi 1999–cu ildə aprel ayının 28-də Əli Kərimovun öz evində keçirtdiyi ad günündə zəhərlədilər. Hafiz Hacıyev prokrorluq qarşısında məsələ qaldırıb ki, guya Elçibəyi öz ad günündə şadlıq evində zəhərləyiblər. Lakin mən bununla razı deyiləm. Çünki o vaxtı Əbülfəz Elçibəy şadlıq evində ad günü keçirtsəydi onun yeməyi xüsusi ilə yoxlanıb verilirdi. Bu toyda olanda da belə idi. Lakin Elçibəy elə zəhərləndi ki, heç kim şübhələnməsin. Hələ Əbülfəz Elçibəy Kələkidə olanda "Yurd" təşkilatı ilə AXCP-nin tərkibində olan "klassiklər" arasında savaş gedirdi. Əli Kərimovun Bakıya gəlməsi və AXCP-nin sədri olması məsələsi ortaya çıxdı. Biz də buna qarşı mübarizə aparırdıq. Əli Kərimov 1994-cü ildə Bakıya gəldi və bundan sonra AXC-nin tərkibində "Yurd" məsələsi get-gedə inkişaf etməyə başladı. Çalışdılar ki, təşkilatı partiyaya çevirsinlər. Sarmaşıq kimi "yurd"çular AXC-nin tərkibində şaxələnməyə başladılar və kök atdılar. Başladılar hər yerdə təbliğ etməyə ki, AXC partiya olmalıdır. Əgər belə olmasa biz parlamentdə otura bilmərik. AXC-nin partiyaya çevrilməsi məsələsində çox çalışdılar ki, parlamentdən mandat ala bilsinlər. Biz də buna qarşı çıxdıq, etiraz etdik.
- Əbülfəz Elçibəyin zəhərlənməsində məqsəd nə idi?
- Məqsəd Əli Kərimlinin partiya sədri seçilməsi idi. Elçibəyin Kələkidən Bakıya gətirilməsinə razı deyildilər. Onlar bildirirdilər ki, Elçibəy Bakıya gələrsə burda qiyam olacaq. Bu söyləntilərində başında Əli Kərimov və onun bacanağı Əlməmməd Nuriyev, həmçinin Asim Mollazadə, Qənimət Zahidov, Fuad Mustafayev və Həsən Kərimov dururdu. Orada böyük çaxnaşmalar gedirdi. Onlar bir gün mənə dedilər ki, nə vaxtsa bir gün Əli Kərimov AXCP-nin sədri olacaq və Azərbaycan Respublikasının prezidenti olacaq. Əsas məqsəd xalqı və təşkilat üzvlərini Elçibəyə qarşı çıxartmaq idi.
Həmin dövrdə Güney Azərbaycanda da Milli Azadlıq Hərəkatı baş verdi. Həmin hərakatın da başında Əbülfəz Elçibəy dayanırdı. İran da istəmirdi ki, öz ərazisində milli hərakat baş versin. Bu səbəbdən də orada qarşıdurmalar gedirdi. Artıq orada milyonlarla azərbaycanlı Təbrizdən Bayraq qalasına, Ərdəbilə, Mərəndə, Sulduza yürüşlər edirdilər. Əbülfəz Elçibəyi zəhərləmək üçün Qənimət Zahidov İrandan zəhər gətirmişdi. İranın məqsədi Əbülfəz Elçibəyi aradan götürmək Cənubi Azərbaycanda baş verən Milli Azadlıq Hərəkatını dayandırmaq idi.
- Elçibəyin zəhərlənməsinə öz silahdaşları – İsa Qəmbər niyə laqeyid yanaşdılar ?
- Həmin dövrdə Xalq Cəbhəsinin daxilində olan "Yurd" təşkilatı ilə klassiklər arasında döyüşlər gedir və mübarizə aparırdılar. 1999-cu ilin may ayının sonu iyun ayının əvvəli olardı, AXC-nin daxilində səs saldlar ki, Əbülfəz Elçibəy evə gedəndə arxadan ona bıçaq atıblar və o, yaralanıb. Daha sonra səs yayıldı ki, Elçibəy zəhərlənib. Bir qrup insan dedi ki, Əbülfəz Elçibəy qrip xəstəliyinə tutulub. Əbülfəz Elçibəy öz evində - Karl Maksda kirayə yaşayərkən mən tez-tez ona baş çəkirdim. Bu söz-söhbət çıxandan sonra İnformasiya Agentliyindən Tofiq Türk mənə yaxınlaşdı və Əbülfəz Elçibəyin bıçaqlandığı xəbərinin doğru olub-olmadığını məndən soruşdu. Mən isə bu barədə heç nə bilmədiyimi söylədim. Daha sonra o, zəhərlənib və ya zəhərlənməməyini məndən soruşdu. Söylədi ki, onun zəhərlənməsində Əli Kərimovun əli ola bilər. Mən ordan Əbülfəz Elçibəygilə getdim. Elçibəy bizi çox gözəl qarşıladı. Mənim gözlərim yaşardı və o, bildirdi ki, ona heç nə olmayacaq. Biz birlikdə Təbrizə bayraq sancacağıq. Mənə bildirdi ki, bir az xəstələnmişəm və söylədi ki, ad günündə zəhərləndim. Evə gəldim. Zəhərlənməyə qarşı tədbirlər görməyimə baxmayaraq artıq gec idi.
- Siz niyə həmin dövrdə Əbülfəz Elçibəyi eksperdizaya aparıb, həkim rəyi almadınız?
- Əbülfəz Elçibəy buna inanmırdı və özü getmək istəmirdi. Adətən insanda xəsətlik zamanı arıqlama gedir. Lakin, zəhərlənmə nəticəsində Əbülfəz Elçibəy şişməyə başlamışdı. Əli Kərimov, Fuad Mustafayev, Asim Mollazadə, Əlməmməd Nuriyev və Qənimət Zahidov bildirirdilər ki, tezliklə Elçibəylə ayrılıq olacaq. Tezliklə Əli Kərimov AXC-nin sədri olacaq. Daha sonra isə Azərbaycanın prezidenti olacaq. Mən Elçibəyə dedim ki, Əli Kərimova görə səni zəhərləyiblər. Elçibəy güldü. Elçibəyin vəfatı ilə də İranda Milli Azadlıq Hərəkatına son qoyuldu. Əlməmməd Nuriyev, Qənimət Zahidov, Fuad Mustafayev İran səfirliyi ilə Elçibəyin öldürülməsi haqqında görüşmüşdülər. İran Elçibəyin öldürülməsi haqqında fətva vermişdi. İndi də Əli Kərimovu İran maliyyələşdirir.
- Siz Əli Kərimlini Əli Kərimoviç adlandırırsınız. Azərbaycanlı olmağına şübhəniz var?
- Əli Kərimov vaxtilə "Manuş Anuka" ləqəbi ilə DTK-nın agenti olub. Birinci adı Manuş, ikinci adı Anuka olub. O, böyük komsomolçu olub. AXC-nin tərkibinə agent kimi göndərilib və bu gün də KQB-yə xidmət edir. O Rusiya kəşfiyatının yetişdirməsidir. İndi də İran ETTELAT-ına xidmət edir.
- Sizi bu cəsarətinizə görə, tənqid və təhdid edirlər. Siz düşünürsünüzmü ki, bunlar əməl olaraq həyata keçirilə bilər?
- Mən bunların heç birindən qorxmuram, çəkinmirəm. Kimin mənə nə sözü varsa gəlsin danışaq. Mən buna görə, Daxili İşlər Nazirliyinə müraciət edəcəm və bildirəcəm ki, bu səbəbdən təhlükəsizliyimi təmin edin. İstəmirəm ki, mənə görə, ailəmə nəsə olsun. Özümü Azərbaycan türkçülüyü və dövlətçiliyi yolunda qurban verməyə hazıram. Lakin ailəmin bu məsələyə qarışmağını istəmirəm.
- Sizin dediyiniz fikirlərə son olaraq əlavə etmək olarmı ki, bu düşərgə "Kurtlar Vadisi", Elçibəyin ətrafında olanlar isə çaqqallardan ibarətdir.
- Bəli biz "Kurtlar Vadisi" olmuşuq və mən "Qurtlar qapısı" romanını bitirmək üzrəyəm. Lakin bizdən fərqli olaraq Elçibəyə xəyanət edən çaqqallar olub. Əli Kərimov və onun ətrafı Elçibəyin sədrliyinə qarşı çıxdılar. Adil bəy qeyd etdi ki, Elçibəy mənə dedi ki, məni Əli Kərimovun ad günündə zəhərlədilər. Lakin Adil bəy indi isə deyir ki, birlik xatirinə biz bunu açıqlamamalıyıq. Mən dəfələrlə demişəm ki, Azərbaycan müxalifətində Əli Kərimov varsa, Azərbaycanda müxalifət heç vaxt hakimiyyətə gəlməyəcək. Musa bəy deyir ki, Adil bəy mənə dedi ki, Elçibəyi Bakıda zəhərləyiblər. 2 il bundan qabaq Pənah bəy efirə çıxıb deyir ki, Elçibəyin zəhərlənməsi istisna deyil. Mən onlara sual verirəm ki, niyə səsinizi çıxartmırsınız? Əli Kərimovu hər birimiz tanıyırıq. Əli Kərimov 4 nəfərin qatilidir. "Kommersiya" qəzetində Əli Kərimovun işlərinin üstünü açıldığına görə, "Kommersiya" qəzetinin baş redaktoru Əli Kərimov tərəfindən öldürüldü. 39 milyon dollara Amerikanın nümayəndəsi öldürdü. Daha sonra Con Elvisi boğub öldürdülər. Sonda isə Elçibəyi öldürdülər. Həsən Kərimov deyir ki, Elman Türkoğlunu prezident maliyyələşdirir və Əli Kərimovun üzərinə qaldırıb. Mən də deyirəm ki, məni prezident maliyyələşdirsəydi yatmağa evim və aya 600-700 manat pulum olardı. Bu gün yataqxanada yaşamazdım. Mən isə Həsən Kərimovun kommersiya mağazalarını sübüt kimi göstərə bilərəm. İndi isə pul üstündə Asim Mollazadə və Əli Kərimov dalaşırlar. Deyirlər ki, müftəxor Asim Mollazadə Əli Kərimovun yanından gedib və Elçibəy Amerikada Asim Mollazadənin qardaşı Ceyhun Mollazadənin ad günündə zəhərlənib. Lakin mən onlara sübüt edə bilərəm ki, Əbülfəz Elçibəyi Əli Kərimov zəhərləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB