Millət vəkili: "Bu dünya erməni lobbiçiliyi üzərində bir qələbədir"
"Bu gün Ali Baş Komandan İlham Əliyevin prinsipial mövqeyi və özünün güclü diplomatiyası sözünü qətiyyətlə söyləyib". SİA-nın verdiyi xəbərə görə, bu sözləri millət vəkili Məlahət İbrahimqızı Ramil Səfərovun azad olunmasına münasibət bildirərkən deyib.
Millət vəkili söyləyib ki, bu dünya erməni lobbisi tərəfindən dəstəklənən qaraguruhlar üzərində bir qələbədir: "Bu gün Ramilin Azərbaycanda olması dünya erməniləri üzərində bir qələbədir. Ramilin Bakıya gəlməsi münasibəti ilə onun ailəsinə və bütün türk dünyasına gözaydınlığı verirəm. Mən inanıram ki, möhtərəm Prezident İlham Əliyevin əzmkarlığı və qətiyyəti nəticəsində yaxın zamanda Azərbaycan bayrağı Xankəndində dalğalanacaq. Ramil kimi qətiyyətli oğullar torpaqlarımızın bütövlüyü uğrunda daim mübarizə aparacaqalar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB