Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi üzrə xüsusi işçi qrupun Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin müavinləri səviyyəsində növbəti toplantısı sentyabrın 26-27-də Aşqabad şəhərində keçiriləcək.
Bu sözləri Türkmənistanın ölkəmizdəki səfiri Toyli Komekov bu gün keçirdiyi mətbuat konfransında deyib.
Hazırda Xəzəryanı ölkələrin dövlət başçılarının 2010-cu il noyabrın 18-də Bakıda keçirilmiş sammitinin qərarlarının icrası ilə bağlı bu ölkələrin balıq sənayesi nümayəndələrinin görüşünə hazırlıq getdiyini bildirən T.Komekov deyib ki, Bakı sammitində bütün Xəzəryanı dövlətlər dənizin boiresurslarının qorunması və istifadəsi ilə bağlı Türkmənistanın ideyasını dəstəkləyiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB