Bakıya gələcək iranlı nazirin gözlənilməz açıqlamaları

Bakıya gələcək iranlı nazirin gözlənilməz açıqlamaları

İran İslam Respublikasının xarici işlər nazirinin Asiya və Okeaniya üzrə müavini Seyid Abbas Araqçı "Fars" xəbər agentliyinə verdiyi müsahibəsində İran İslam Respublikası ilə Azərbaycan Respublikasını iki dövlətdə yaşayan bir millətin əyani təzahürü adlandırıb. İranın Azərbaycandakı Səfirliyindən SİA-ya verilən xəbərə görə, nazir qeyd edib ki, onlar Tehran və Bakı arasındakı əlaqələrin digər ölkələrə də nümunə olacaq səviyyəyə çatdırılması istiqamətində səy göstərməlidirlər.

Azərbaycanlı həmkarının dəvətilə bir neçə gün sonra Bakıya səfər edəcək Araqçı, Tehran-Bakı münasibətlərini dəyərləndirərək iki ölkə arasında mövcud olan münasibətlərin qardaşlıq prinsipinə əsaslandığını və müştərək tarix və mədəni irsdən qaynaqlandığını bildirib: "Biz iki dövlətdə yaşayan bir millətin əyani təcəssümüyük. Azərbaycanın kommunist istilasından qurtulması və azərbaycanlıların iranlı qardaşları ilə qucaqlaşması təkcə iki ölkənin insanlarının yaddaşında deyil, bütün dünya xalqlarının yaddaşında daima yaşayacaqdır. Əgər hər iki dövlət bacarsaydılar, eyni zamanda, daxili, xarici, eləcə də regional və beynəlxalq faktorlar da buna kömək etsəydi, bəlkə də bü gün digər dövlətlərin qibtəsinə səbəb ola biləcək başqa şərtlər münasibətlərimizə hakim olmuş və bununla yanaşı hər iki ölkənin rifah səviyyəsi daha da yüksəlmişdi. Hər iki dövlətin rəsmiləri çalışmalıdırlar ki, Tehran-Bakı əlaqələri digər dövlətlərə nümunə olacaq inkişaf səviyyəsinə çatdırılsın".

O, iki dövlətin də keçmişdə yaranmış fürsətlərdən müxtəlif səbəblərə görə münasibətlərin genişləndirilməsi istiqamətində tam şəkildə bəhrələnə bilmədiklərini bildirərək, əlavə etmişdir. Onun fikrincə, buna rəğmən, ötən illər ərzində münasibətlərin ümumi atmosferi müsbət olub və bu da orta səviyyəli müdürlərin deyil, yüksək səviyyəli rəsmilərinin müdrikliyinin nəticəsidir. Elə indi də bu iradə vardır və münasibətlərə xələl gəlməsinin qarşısını alıb. Onun sözlərinə görə, mühüm olan budur ki, hər iki tərəfdən də münasibətlərin səviyyəsinin yüksəldilməsi istiqamətində addımlar atılsın.

İki qardaş arasında fikir ayrılığının təbii olduğunu qeyd edən Araqçı ölkələr arasında da fikir ayrılığının olmasını təbii və gözlənilən olduğunu söyləyib: "Başlıcası budur ki, ölkələr arasında fikir ayrılığının problemə çevrilməsinin qarşısını almaqla yanaşı, baxışlar arasındakı fərqin azadılmasına və anlaşma məqamların çoxaldılmasına səy göstərilsin. Heç şübhəsiz ki, hər iki ölkənin müxtəlif orqanlarının, başlıca olaraq İran İslam Respublikası və Azərbaycan Respublikasının xarici işlərlər nazirliklərinin ən mühüm vəzifəsi sözü gedən istiqamətdə səy göstərməkdir. Yol xəritəsini hazırlamaqla yanaşı, iki ölkə rəhbərliyinin münasibətlərin inkişafına yönəlmiş tədbir və iradəsi ilə eyni istiqamətdə hərəkət etməli olmağımızla yanaşı, səhvləri kompensasiya etmək və əlaqələrin patologiyasını bilməklə, qarşılıqlı etimad atmosferin yaradılmasına yönəlik həll yolları və təkliflər ortaya qoymalı və qarşılıqlı ehtiram və maraqlara əsaslanan əlaqələrin möhkəmləndirilməsi istiqamətdə səy göstərməliyik".

Nazir bəzi ölkələrin İran - Azərbaycan münasibətlərinin inkişafını istəmədiklərinə dair sualı cavablandıraraq vurğulayıb ki, əsas məsələ hər iki ölkə başçıları və xarici siyasət rəhbərlərinin iradəsidir. O, KİV-lərin cəmiyyətdəki təsirini və sözügedən sahədə mühüm rola malik olduğunu da qeyd edib. Araqçı qonşu ölkələrin yerləşdikləri coğrafi məkanın bu ölkələr üçün bəzi məcburiyyətlər yaratdığını və qonşuluq haqqının da bu məcburiyyətlərdən biri olduğunu bildirib: " Bütün gücümüz və potensiyallarımzdan bu haqqı gerçəkləşdirmək və iki ölkənin münasibətlərini xalqlarımızın layiq olduğu səviyyəyə çatdırmağa səy göstərməliyik və təbii ki, başqa ölkələr də bizdən bunu gözləyirlər. Aydındır ki, İran və Azərbaycan arasında olan geniş əlaqələr hər iki ölkə üçün çox faydalı olmaqla yanaşı, regionun digər ölkələrinin də xeyrinə olacaqdır".

Bütün xəbərlər Facebook səhifəmizdə