Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Səudiyyə Ərəbistanı Krallığında keçirilən İslam Zirvə Toplantısının IV Fövqəladə Sessiyasında iştirak edib.
XİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Zirvə Toplantısının sessiyası zamanı Suriya, Fələstin, Myanmar (Raxinya müsəlmanlarına qarşı zorakılıq) və Malidəki vəziyyət kimi bir sıra məsələlər müzakirə edilib.
Sessiyanın sonunda Yekun Bəyannamənin və eyni zamanda, Fələstin, Myanmar, Suriya və Mali ilə bağlı qətnamələrin qəbul edilməsi nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB