Qubada Milli Mətbuatın yaranmasının 137-ci ildönümü qeyd edilib

Qubada Milli Mətbuatın yaranmasının 137-ci ildönümü qeyd edilib

Qubada Milli Mətbuatın yaranmasının 137-ci ildönümü qeyd edilib. Konsert proqramı ilə təşkil edilən bayramda rayon İcra Hakimiyyəti tərəfindən bir sıra jurnalistlər mükafatlandırılıb. SİA-nın Şimal bürosunun verdiyi xəbərə görə, rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə təşkil olunan bayram tədbiri Ulu Öndər Heydər Əliyevin abidə kompleksinin ziyarəti ilə başlayıb.

Daha sonra bayram tədbiri Quba meydanında davam etdirilib. Tədbiri açıq elan edən Quba rayon İcra Hakimiyyətinin başçısı Mubariz Ağayev jurnalistləri 22 iyul - Milli Mətbuat günü münasibətilə təbrik edərək ölkədə, eləcə də dünyada baş verən hadisələrin ictimaiyyətə çatdırılmasında media təmsilçilərinin rolunu yüksək qiymətləndirib və bu şərəfli və məsuliyyətli işlərində onlara uğurlar arzulayıb. Dövlət rəhbərliyi tərəfindən jurnalistlərə böyük diqqət və qayğı göstərildiyini deyən icra başçısı buna sübut kimi qəzetlərin "Azərbaycan" nəşriyyatına olan borclarının silinməsini, jurnalistika sahəsində uğurlu fəaliyyəti ilə fərqlənənlərin ölkə prezidenti tərəfindən mükafatlandırılmasını, dövlət başçısının jurnalistlər üçün binanın tikintisi üçün sərəncam imzalamasını diqqətə çatdırıb. Rəhbərlik etdiyi qurumun jurnalistlərlə yaxşı münasibətdə olmasında maraqlı olduğunu deyən Mübariz Ağayev bütün jurnalistləri bayram münasibətilə təbrik edərək ölkədə fəaliyyət göstərən mətbuat və televiziya əməkdaşlarına qiymətli hədiyyələr, və fəxri fərmanlar təqdim edib. Rayon İcra Hakimiyyəti tərəfindən qiymətləndirilən jurnalistlər arasında SİA-nın Şimal bölgəsi üzrə müxbiri Emin Kərimov da var.


Daha sonra tədbirdə çıxış edənlər, son bir il ərzində mətbuat sahəsində görülən işlər, eləcə də mətbuatda Quba rayonu və rayon İcra Hakimiyyətinin əməyi xüsusilə qiymətləndirilib.

Tədbirdə çıxış edən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun

icraçı direktoru Vüqar Səfərli Azərbaycan mətbuatının inkişaf tarixi barədə geniş məlumat verib. V. Səfərli həmçinin dövlət tərəfindən KİV-in inkişafı istiqamətində görülən işlərdən danışıb.


Qeyd edək ki, tədbir bayram konserti ilə davam edib.



Emin Kərimov

Bütün xəbərlər Facebook səhifəmizdə