Korrupsiya əməlində ittiham olunan 3 prokurorluq əməkdaşı həbs edilib
Azərbaycanda korrupsiya cinayətlərinə yol verən üç prokurorluq əməkdaşı həbs edilib. Bu barədə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, icraatda olan konkret cinayət işləri üzrə ayrı-ayrı vətəndaşları cinayət məsuliyyətindən azad etmək üçün onlardan rüşvət aldıqlarına görə Fizuli rayon prokuroru əvəzi, Daşkəsən rayon prokurorunun köməkçisi, Gəncə şəhər prokurorluğunun sabiq müstəntiqi barəsində idarədə aparılmış araşdırmalar üzrə cinayət işi başlanıb, həmin şəxslər təqsirləndirilən şəxs qismində cəlb edilməklə məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB