Elmar Məmmədyarov iranlı nazirdən nə istəyib?

Elmar Məmmədyarov iranlı nazirdən nə istəyib?

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İranın təhsil naziri Həmidrza Hacıbabayi ilə görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşdə Azərbaycanla İran arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və regionunda cərəyan edən proseslərə dair fikir mübadiləsi aparılıb.

E.Məmmədyarov iki ölkə arasında müştərək mədəniyyət, ortaq tarix və qonşuluq münasibətlərini nəzərə alaraq, ortaya çıxan ziddiyyətlərin ikitərəfli münasibətlərə uyğun gəlmədiyini vurğulayıb.

Nazir Azərbaycan vətəndaşları olan iki gənc şairin İranda hələ də saxlanılmasının ölkə ictimaiyyətində ciddi narahatlıq yaratdığını deyib, beynəlxalq qanunvericiliyə uyğun olaraq Azərbaycanın diplomatik nümayəndəliyinin, konsulunun bu şəxslərlə görüşünə şərait yaradılmasını tələb edib.

XİN başçısı iranlı nazirdən Azərbaycan hökumətinin ciddi narahatlığını İran rəhbərliyinin diqqətinə çatdırmasını istəyib.

Bütün xəbərlər Facebook səhifəmizdə