Bir neçə gündür ki, Yeni Azəbaycan Partiyasının (YAP) təşkil etdiyi "Yay məktəbi" öz işini Lerik və Oğuz rayonlarında davam etdirir. SİA-nın verdiyi məlumata görə, iki ay davam edəcək "Yay məktəbi"nin əsas məqsədi gənsləri bir araya gətirmək, cəmiyyətin bu fəal təbəqəsinin intellektindən yararlanmaq, onları cəmiyyətin, dövlətin idarəetmə strukturlarında təmsil olunmaları təmin etməkdir. Artıq bir neçə ildir ki, davam edən "Yay məktəbləri" öz bəhrəsini verməkdədir. Minlərlə gəncin iştirak etdiyi məktəblər həm də qış aylarında təşkil olunur. Heç də təsadüfi deyil ki, son iki ildə YAP Gənclər Birliyinin təşkilatçılığı altında fəaliyyət göstərən bu gənclərin bilavasitə iştirakı ilə bir sıra iri layihələr həyata keçirilib. YAP-ın sıralarında fəallığı ilə seçilən gənclərin koordinasiya edilməsində, onların "Yay məktəbləri"ndən daha səmərəli yararlanmaları üçün partiyanın İdarə Heyətinin, Siyasi Şurasının üzvləri tez-tez onlarla görüşlər, seminarlar, treninqlər və diskussiyalar keçirirlər.
Belə görüşlərdən biri də bu gün Partiyanın Sədr müavini-İcra katibi Əli Əhmədov və eləcə də Mübariz Qurbanlı, Milli Məclisin deputatı Hadi Rəcəbli, Asəf Hacıyev Lerik rayonunda partiyanın fəal gəncləri ilə görüş keçiriblər. Gənclərin istirahəti və asudə vaxtının necə keçirdiyi ilə maraqlanan Əli Əhmədov onlara fəaliyyətində uğurlar arzulayıb.
Partiyanın Sədr müavini qeyd edib ki, hər bir gənc bizim gələcəyimizdir, onların qayğısına qalmaq bizim müqəddəs borcumuzdur.
Şam yeməyindən sonra Ə.Əhmədov gənclərlə yenidən görüşüb. Gənclərin durumu ilə maraqlanıb. Sonra gənclərin hazırladığı slayd-şouya baxıb.
MAMED BAĞIROV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB