Fransanın yeni səfiri etimadnaməsini Prezidentə təqdim edib

Fransanın yeni səfiri etimadnaməsini Prezidentə təqdim edib

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Fransanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Paskal Mönyenin etimadnaməsini qəbul edib. Səfir Paskal Mönye fəxri qarovul dəstəsinin qarşısından keçib.

Paskal Mönye etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Azərbaycan ilə Fransa arasında ikitərəfli əlaqələrin zəngin tarixə malik olduğunu deyən dövlətimizin başçısı ölkələrimizin əməkdaşlığının uğurla inkişaf etdiyini vurğulayıb. Əməkdaşlığımızın bir çox sahələrdə fəal şəkildə genişləndiyini qeyd edən Prezident İlham Əliyev bu əlaqələrin gələcəkdə daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib. Azərbaycan ilə Fransa arasında iqtisadi sahədə, o cümlədən enerji təhlükəsizliyi ilə bağlı əməkdaşlığın genişləndiyini deyən dövlətimizin başçısı çoxlu sayda fransız şirkətlərinin Azərbaycandakı fəaliyyətinin önəmini qeyd edib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər müzakirə edilib, münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyi bir daha səfirin diqqətinə çatdırılıb. Görüşdə, həmçinin Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə