PA rəsmisi: \"Qəbələ RLS-nin icarə haqqı ilə bağlı təqdim olunan rəqəm bugünkü reallıqlara uyğundur\"

\"Qəbələ RLS-lə bağlı dünən Rusiya tərəfi öz mövqeyini ortaya qoyub\". SİA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov deyib. O, qeyd edib ki, bu istiqamətdə Azərbaycan Xarici İşlər Nazirliyinin, müvafiq qurumların fikirləri, mövqeyi də ortaya qoyulacaq: \"Azərbaycan dəfələrlə bu məsələdə mövqeyini ortaya qoyub. Müəyyənləşdirilmiş, təqdim edilən, istər rəqəm, istərsə də təkliflər Azərbaycanın bugünkü iqtisadi-siyasi inkişafını əks etdirir\".

İcarə müqaviləsi ilə bağlı suala münasibət bildirən E.Aslanov bununla bağlı danışıqların getdiyini və Azərbaycan tərəfinin bu tipli məsələlərin bağlı qapılar arxasında müzakirəsinin tərəfdarı olduğunu qeyd edib. E.Aslanov həmçinin vurğulayıb ki, təqdim olunan rəqəm bugünkü reallıqlara da uyğundur: "Unutmaq olmaz ki, Azərbaycan bu gün regionda ən inkişaf etmiş məkandır və eyni zamanda Azərbaycanın mövcud Konstitusiyasına görə, hər hansı xarici dövlətin ölkə ərazisində hərbi bazasının mövcudluğu qadağan olunur. Buna uyğun olaraq bu gün Azərbaycanın Qəbələ RLS ətrafında Rusiya tərəfi ilə danışıqları davam edir və gözləyək görək nəticələr necə olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...