Azərbaycan XİN-i Türkmənistan səfirliyinin bəyanatına cavab verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Türkmənistanın Azərbaycandakı səfirliyi tərəfindən yayılan bəyanatı şərh edib. Azərbaycan XİN-nin mətbuat katibi Elman Abdullayev bildirib ki, Xəzərin dibinin bölünməsinə dair razılıq əldə edilənə qədər sektorların kəsişməsində hər hansı kəşfiyyat işləri həyata keçirilməməlidir: "Türkmənistanın "Kəpəz" yatağında seysmik tədqiqat işləri aparmaq istəyi iki ölkə prezidenti arasında əldə olunmuş razılığa ziddir".

E. Abdullayev deyir ki, Azərbaycan Xəzər dənizində suveren hüquqlara malikdir və bu hüquqları müdafiə etmək haqqını özündə saxlayır.

Bütün xəbərlər Facebook səhifəmizdə