Əli Həsənov: \"Ermənilər işğal olunmuş ərazilərimizdə terrorçu qruplar hazırlayır\" - MÜNASİBƏT

Əli Həsənov: \"Ermənilər işğal olunmuş ərazilərimizdə terrorçu qruplar hazırlayır\" - MÜNASİBƏT

Ermənilər işğal olunmuş Azərbaycan torpaqlarında narkotik yetişdirir, terrorist qrupları hazırlayırlar. SİA xəbər verir ki, bunu Azərbaycanın baş nazirinin müavini Əli Həsənov Ombusmanların V beynəlxalq konfransında çıxışı zamanı deyib.


Ə.Həsənov bildirib ki, BMT ötən il həmin ərazilərdə monitorinq keçirmək istəsə də, Ermənistan tərəfi buna icazə verməyib. Baş nazirin müavini hesab edir ki, beynəlxalq ictimaiyyət bu problemə biganəliyə son qoymalıdır: \"Beynəlxalq aləmin çoxşaxəli standartlarla yanaşması nəticəsində Dağlıq Qarabağ münaqişəsi həll olunmamış qalır\".


Ə.Həsənovun sözlərinə görə, Rusiyanın da bu məsələyə mövqeyi müəyyənləşməlidir. Çünki münaqişənin həlli açarı Rusiyadadır: \"Artıq Ermənistan ərazisi Rusiya üçün heç bir əhəmiyyət kəsb etmir, bugün Azərbaycan Rusiya üçün daha əhəmiyyətlidir\".

Bütün xəbərlər Facebook səhifəmizdə