FHN məcburi köçkünlərin məskunlaşdığı binada baş verən güclü yanğın barədə məlumat yayıb
Fövqəladə Hallar Nazirliyi (FHN) Bakının Binəqədi rayonu ərazisində məcburi köçkünlərin məskunlaşdığı binada baş verən güclü yanğın barədə məlumat yayıb. SİA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasında yanğın başlayıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, binanın 7-ci və 8-ci mərtəbələrində bəzi mənzillərdə yanğın müşahidə olunur. Yanğına 2-ci təhlükəlilik dərəcəsi təyin edilib. Yanğının söndürülməsinə Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB