Seymur Orucov: “Atəşkəsin pozulması ermənilərin sülh tərəfdarı olmadığını göstərir” - MÖVQE

Hər bir azərbaycanlı gəncin həlak olması bizi narahat edir. Bunu Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov SİA-ya açıqlamasında ermənilərin müntəzəm olaraq atəşkəsi pozması və 5 azərbaycanlı əsgəri şəhid etməsinə münasibət bildirərkən deyib.

O, qeyd edib ki, Ermənilərin Azərbaycana qarşı apardığı mənfur siyasəti bütün dünya dövlətləri görərək buna adekvat cavabını bildirməlidir: "Cəbhədə bu günlər baş verən insidentlər həqiqətən bizə çox pis təsir göstərir. Hər bir gəncin həlak olması ailələr üçün də, dövlətimiz üçün də həqiqətən çox ağır itkilərdir. Azərbaycan heç vaxt müharibə arzusunda olmayıb. Lakin, ermənilər yenə atəşkəsi pozur, nəticədə bizim gənclərimiz həlak olur. Arzu edirəm ki, bütün dünya dövlətləri bu baş verənləri görsün və ermənilərin Azərbaycana qarşı yeritdiyi bu həyasız siyasətin qarşısını alsınlar. Artıq bu qədər şəhidlər vermişik, buna birdəfəlik son qoymaq lazımdır. Prezidentimizin apardığı siyasətin nəticəsində bunun qarşısı alınar. Artıq bizim gənclərimizin bu qədər şəhid olması prosesi dayanar".

Qeyd edək ki, Gənclər Birliyinin sədri Seymur Orucov şəhid olan gənclərin ailələrinə YAP Gənclər Birliyinin yerli təşkilatların baş çəkdiyini və onların acılarını az da olsa bölüşməyə çalışdıqlarını ifadə edib: "Şəhid olan gənclərin bir çoxunun ailələrini bizim yerli təşkilatlarımızın üzvləri ziyarətə gedib. Onların acılarını ən azından bölüşməyə çalışıblar. Gənclərimiz döyüş gedən bölgələri ziyarət edir, əsgərlərə mənəvi, psixoloji dayaq durular. Atəşkəsin pozulmasına münasibətim isə, bildirmək istəyirəm ki, bu ermənilərin bir daha ipə-sapa yatmadıqlarını, onların sülh tərəfdarı olmadıqlarını göstərir".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...