ATV və ANS televiziyalarına xəbərdarlıq edilib

Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib. MTRŞ-dan SİA-ya verilən məlumata görə, iclasda ATV və ANS televiziyaları tərəfindən "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması faktı üzrə başlanılmış inzibati icraat üzrə işə baxılıb. Milli Televiziya və Radio Şurasının qərarına əsasən texniki və digər vasitələrdən istifadə etməklə hazırlanmış, istehlakçının şüuruna özünün dərk etmədiyi şəkildə təsir göstərən gizli reklamın yayımlanmasına, habelə reklam yayımının qanunla müəyyənləşdirilmiş qayda və tələblərinə əməl edilməməsinə, teleradio verilişlərinin (proqramlarının) hazırlanmasında sponsorluqla bağlı qanunvericiliyin pozulmasına görə ATV və ANS televiziyalarına xəbərdarlıq elan edilib.



Bütün xəbərlər Facebook səhifəmizdə

loading...