İqtisadi İnkişaf naziri Şahin Mustafayevin rəhbərliyi ilə rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti 10-16 iyun tarixində Çin Xalq Respublikasına səfər edəcək.

İqtisadi İnkişaf Nazirliyindən SİA-ya verilən məlumata görə, səfər zamanı Azərbaycan nümayəndə heyəti bir sıra ikitərəfli görüşlər keçirəcək.

Hər iki ölkənin müvafiq qurumlarının təşkilatçılığı ilə iyunun 12-də Pekində, iyunun 14-də isə Quançjouda Çin-Azərbaycan biznes forumu təşkil olunacaq. Biznes forumlarda Azərbaycan tərəfindən rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, sənaye, İKT, turizm və s. sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak edəcək.

Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində həmçinin, sənaye parklarının fəaliyyəti ilə tanış olacaq.




Bütün xəbərlər Facebook səhifəmizdə

loading...