Məişət tullantılarını kənara atanlar cərimələnəcək

Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət qurculuğu komitəsinin İqtisadi siyasət komitəsilə birgə iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər müzakirə olunub. SİA-nın verdiyi xəbərə görə, dəyişikliklər barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Dəyişikliklərə görə, məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması, həmin yerlərdə saxlanılmasına görə, fiziki şəxslər 20 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 500 manat həcmində cərimə olunacaq. Şəhərlərdə və rayon (şəhər rayonları istisna olmaqla) inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumların (urnaların) yerləşdirilməsi zamanı qanunvericiliklə müəyyən edilmiş məsafənin nəzərə alınmamasına görə, vəzifəli şəxslər 500 manat, hüquqi şəxslər 1000 manat cərimə olunacaqlar.


Dəyişikliklər müzakirə olunaraq Milli Məclisin plenar iclasına tövsiyyə olundu.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...