Səfər Əbiyev Bolqarıstana rəsmi səfər edib

Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Bolqarıstana rəsmi səfər edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, S. Əbiyev Bolqarıstana səfəri çərçivəsində bu ölkənin müdafiə naziri Anyu Anqelovla görüşüb. Görüşdən əvvəl Azərbaycanın müdafiə nazirinin rəsmi qarşılanma mərasimi keçirilib, hər iki ölkənin dövlət himni səsləndirilib.

Müdafiə nazirlərinin görüşündə Bolqarıstan-Azərbaycan hərbi əlaqələri və regiondakı vəziyyətlə bağlı geniş fikir mübadiləsi aparılıb. Hərbi-texniki məsələlərin də müzakirə edildiyi görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də prioritet mövzu olub. Nazirlər Bolqarıstan-Azərbaycan hərbi əlaqələrinin dinamik inkişafından məmnunluqlarını bildiriblər.

Qeyd edək ki, S. Əbiyevin Bolqarıstan prezidenti və baş naziri ilə də görüşü gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə