Bu gün böyük həvəslə oxudumuz himnimizin dövlət himni kimi rəsmiləşməsindən 20 il ötür. 1992-ci ilin bu günü Azərbaycan Parlamenti \"Azərbaycan Respublikasının Dövlət himni haqqında\" Qanun qəbul edib. Qanuna əsasən 1919-cu ildə böyük bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş \"Azərbaycan marşı\" Azərbaycanın Dövlət himni kimi təsdiq edilib. Azərbaycan Respublikasının Milli Məclisinin 1993-cü il 2 mart tarixli qərarı ilə isə Azərbaycan Respublikasının Dövlət himni haqqında Əsasnamə qəbul olunub. Sənəddə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1984-cü il 12 sentyabr tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1984-cü il, N-17, maddə 152) ilə təsdiq edilmiş Azərbaycan Sovet Sosialist Respublikasının Dövlət himni haqqında Əsasnamə qüvvədən düşmüş sayılıb.
Qeyd edək ki, dövlət bayrağımızın və dövlət gerbimizin təsviri kimi dövlət himnimizin musiqisi və mətni də ölkəmizin konstitusiya qanunu ilə müəyyən edilir.
Onu da deyək ki, 1920-ci il yanvarın 30-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası Cümhuriyyətin milli himninin hazırlanması haqqında qərar qəbul edib və bu məqsədlə Xalq Maarif Nazirliyi tərəfindən müsabiqə də elan edilib. Lakin 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyətinin süqutu Azərbaycanın milli himnini qəbul etməyə imkan verməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB