Azərbaycanın əsərləri Qazaxıstanda sərgiləndi - FOTO

Azərbaycanın əsərləri Qazaxıstanda sərgiləndi - FOTO

Azərbaycan Respublikasının Aktau şəhərindəki baş konsuluğu tərəfindən, 28 may-Respublika günü və Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyi ilə bağlı keçirilən silsilə tədbirlər çərçivəsində Qazaxıstan Respublikasının Atırau şəhərində sərgi təşkil olunub. Konsulluğdan SİA-ya verilən məlumata görə, sərgidə Azərbaycan Respublikası və Gürcüstan Rəssamlar İttifaqının üzvü, dünyada neft ilə rəsmlər çəkən rəssam S.Çopuroğlunun otuza yaxın əsəri və Azərbaycanın tarixi yerlərini, Qarabağın, Şuşanın tarixi tikililəri, Bakının tarixi və müasir dövrünü əks etdirən yüzə yaxın foto şəkil nümayiş etdirilib. Sərgidə Atırau vilayət akimiyyətinin (qubernatorluğunu) rəsmiləri, Atırau ictimaiyyətinin nümayəndələri, Atırau vilayətində fəaliyyət göstərən çox saylı xarici ölkə şirkətlərin nümayəndələri, Atırau vilayətindən fəaliyyət göstərən azərbaycanlıların "Novruz" milli-mədəni cəmiyyətinin üzvləri, vilayətdə fəaliyyət göstərən digər xalqların milli-mədəni cəmiyyətlərinin rəhbərlər və üzvlər, həmçinin Qazaxıstanın Aktyubinsk, Qərbi-Qazaxıstan, Manqistau vilayətlərində fəaliyyət göstərən azərbaycanlıların milli-mədəni cəmiyyətlərinin üzvləri iştirak, yerli KİV nümayəndələri iştirak edib.

Azərbaycan Respublikasının Aktau şəhərindəki baş konsulu Rəşad Məmmədov və Atirau vilayət akiminin (qubernatorunun) müavinin Serik Aydarbəyov simvolik olaraq qırmızı lenti kəsərək sərginin açılışını ediblər. Daha sonra Heydər Əliyev adına Azərbaycan-Qazaxıstan Dostluq cəmiyyətinin sədri, professor Eldar Günaydın sərgidə nümayiş etdirilən rəsm əsərləri və foto şəkillər barədə qonaqlara məlumat verib. Sərgidə iştirak edən ictimaiyyət nümayəndələri və rəssamlar belə bir sərginin Atırau vilayətində keçirilməsi vilayətin mədənə həyatında əlamətdar hadisə olduğunu qeyd edib. Qeyd edək ki, tədbir Qazaxıstanın yerli televiziya kanallarında işıqlandırılıb.


Bütün xəbərlər Facebook səhifəmizdə