Politoloq: “Dünyada ən böyük işsizlik elə İsa Qəmbərin dəstəklədiyi ölkələrdədir”

Politoloq: “Dünyada ən böyük işsizlik elə İsa Qəmbərin dəstəklədiyi ölkələrdədir”
\"Dünyada ən böyük işsizlik elə İsa Qəmbərin dəstəklədiyi ölkələrdədir. Bu Müsavat Partiyasının başqanı İsa Qəmbərin növbəti provokasiya xarakterli düşüncəsindən xəbər verir\". SİA-nın xəbərinə görə, bunu politoloq Cümşüd Nuriyev bildirib. Politoloq hesab edir ki, İ.Qəmbər məsələlərə bu cür yanaşmaqla guya Azərbaycan xalqının əhval-ruhiyyəsini olduğu kimi cəmiyyətə çatdırmaq istəyir. Bununla həm də Azərbaycan xalqının təmsilçisi kimi çıxış edir: "Azərbaycanda işsizlik baş alıb getmir. Əgər o bu qədər humanist və xalqın qayğısına qalandırsa, elə əvvəlcə onu dəstəkləyənlərin qayğısını çəksin. Yəni onlarda işsizlik daha yüksək səviyyədədir".


C.Nuriyevin sözlərinə görə, burada əsas məsələ beynəlxalq yarışma olan "Avroviziya"nın keçirilməsinə hesablanıb: "Belə ki, onlar burada daha çox partiya maraqlarını qabartmağa çalışırlar. Bununla da çalışırlar ki, iqtidara olan nifrətini şəxsi müstəviyə yönəltsinlər və bu istiqamətdə Azərbaycanla bağlı fikirlərini cəmiyyətə sırısınlar. Əslində cəmiyyət onları qəbul etməyə hazır deyil. Bir növ bu insanlar özlərini cəmiyyətin içində görürlər, amma əslində cəmiyyətdən çox-çox uzaqdadırlar. Bu mənada onun Azərbaycana yönəlik dedikləri fikirlər o qədər də ciddi hesab edilməməlidir. Hesab edirəm ki, bu pessimist ideyaları cəmiyyətə yaymaq istəyənlərin özləri ilk növbədə adı çəkilən düşüncəyə malikdilər".


Siyasi ekspert digər bir məsələyə diqqəti çəkərək deyib ki, İ.Qəmbərin işlətdiyi \"vicdan məhbusu\" termininə heç bir yerdə rast gəlinməyib: "Bu termini araşdıran alimlər bu sözün qarşısında hələ də aciz qalıblar. Çünki belə bir şey yoxdur. Belə ki, vicdan məsələsi dinlə də bağlı olanda vicdan adlandırılır. Əgər hər kimsə İslam qaydalarına əməl etmirsə, o da vicdan məhbusu sayılır. Bir sözlə Azərbaycanda nə vicdan, nə də siyasi məhbus var. Bunu qabartmaqla guya həmin adı çəkilən insanlar Azərbaycanda qarşıdurma yaratmaq və daha çox öz ətraflarına adam toplamaq istəyirlər".


Politoloq deyib ki, İsa Qəmbər 20 ildir ki partiya sədridir və belə olan təqdirdə yaxşı olardı ki, o bu sözləri demək əvəzinə vəzifəsindən istefa verib getsin: "O bu qədər cəmiyyəti, partiyanı sevirsə, Etibar Məmmədov, Lalə Şövkətova kimi bu addımı atsın. Hələ də İ.Qəmbər öz sözünü deməyib".

Bütün xəbərlər Facebook səhifəmizdə