DİN: "Qeyri-ənənəvi cinsi oriyentasiya nümayəndələrinə qarşı hər hansı əməliyyat həyata keçirilməyib"

DİN: "Qeyri-ənənəvi cinsi oriyentasiya nümayəndələrinə qarşı hər hansı əməliyyat həyata keçirilməyib"

Azərbaycan Daxili İşlər Nazirliyi ölkə mətbuatında cinsi azlıqlara qarşı əməliyyat keçirilməsi ilə bağlı yayılan informasiyalara münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin rəisi Sadiq Gözəlov mətbuata açıqlamasında bildirib ki, bu barədə yayılan məlumatlar həqiqətə uyğun deyil və jurnalist təxəyyülünün məhsuludur: "Rəsmi şəkildə bildirirəm ki, nəinki polis, ümumiyyətlə heç bir hüquq-mühafizə orqanı qeyri-ənənəvi cinsi oriyentasiya nümayəndələrinə qarşı hər hansı əməliyyat həyata keçirməyib. Bu cür uydurma və əsassız məlumatların yayılmasını təxribat hesab edirik".

Bütün xəbərlər Facebook səhifəmizdə