Aydın Mirzəzadə: “ATƏT-in Minsk Qrupu formatı ən uğurlu variantdır”

Aydın Mirzəzadə: “ATƏT-in Minsk Qrupu formatı ən uğurlu variantdır”

"ATƏT-in Minsk Qrupu həmsədrlərinin bölgəyə növbəti səfəri ilk növbədə Soçi görüşündən sonra əldə edilən müəyyən razılaşmanı reallaşdırmaq, yəni, tərəflər arasında baza prinsiplərini işləmək və mövcud fikir ayrılığını aradan görütmək məqsədi daşıyırdı". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. Onun sözlərinə görə, ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona bu səfərinin az da olsa sözügedən problemin həllinə təsir edəcəyini düşünməyə imkan verir.

Millət vəkili deyir ki, ATƏT-in Minsk Qrupu formatı ən uğurlu variantdır və qrup bu gün problemin həllinə müəyyən qədər təsir edir: "İlk növbətə üç böyük dövlət problemin həlli üçün siyasi məsuliyyət daşıdığını ortaya qoyur. Digər tərəfdən mövcud vəziyyəti istənilən halda görür və qiymətləndirirlər. Biz vaxtaşırı Minsk Qrupunun keçmiş həmsədrlərinin fəaliyyətdən sonrakı müsahibələrində vəziyyətin doğurdan da Ermənistan tərəfindən gərginləşdirildiyini və onların problem həllinə mane olduğu barədə bəyanatlar eşitmişik".

Bütün xəbərlər Facebook səhifəmizdə